"Fitch": Azərbaycan büdcə kəsirini neytrallaşdırmağı bacaran 4 neft ölkəsindən biridir

"Fitch": Azərbaycan büdcə kəsirini neytrallaşdırmağı bacaran 4 neft ölkəsindən biridir
17 Aprel 2017
Mətni dəyiş
Keçirilən islahatlar nəticəsində neft qiymətlərindəki kəskin azalmanın büdcəyə mənfi təsirini neytrallaşdırmağı bacaran ölkələr Konqo, Azərbaycan, Qazaxıstan və Bəhreyn olub.
"Report" xəbər verir ki, bu barədə açıqlama "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən verilib.
Agentliyin hesabatında bildirilir ki, Fars körfəzi ölkələri isə milli valyutaının məzənnəsinə toxunmadan büdcə xərclərini azaldaraq büdcə kəsirini minimuma endirməyə müvəffəq olub. Qazaxıstan, Rusiya və Azərbaycan isə devalvasiya etməklə neft qiymətlərindəki azalmanın büdcəyə mənfi təsirini aradan qaldıra bilib. Hazırkı neft qiymətlərində kəsirsiz büdcəyə sahib olan yeganə ölkə isə Küveyt olub.
"Fitch" agentliyi 2017-ci il üçün neftiin orta qiymətinin 52,5 dollar/barel olacağını ehtimal edir. Bu qiymət neft hasil edən 14 ölkədən 11-i üçün büdcə kəsirinə səbəb olacaq. Agentlik bildirir ki, "neft hasil edən ölkələrin fiskal və monetar siyasətlərindəki sərtləşdirmə tədbirlərinə baxmayaraq, tam olaraq neft qiymətlərindəki azalmanın təsirindən qurtulmaq mümkün olmayacaq".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun