Cibinə narkotik atıldığını iddia edən erməni əsilli rusiyalıya 8 il həbs verilib

Cibinə narkotik atıldığını iddia edən erməni əsilli rusiyalıya 8 il həbs verilib
28 Aprel 2017
Mətni dəyiş
Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov-un mühakiməsi yekunlaşıb.
Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə Marat Ueldanova 8 il həbs cəzası verilib.
Azadlıq Radiosu-nun məlumatına görə, Ueldanov CM-nin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsilə günahkar bilinir. Amma o, məhkəmədə ifadəsində özünü təqsirli bilməyib. Deyib ki, cibinə narkotiki atıblar.
Amma şahidlər fərqli ifadə verib. Nicat Həsənov ifadəsində deyib ki, "Boulevard" hoteldə birgə işləyiblər və Marat Ueldanovun başqalarına narkotik təklif etməsinin şahidi olub.
Marat Ueldanov 2016-cı il iyulun 8-də həbs olunub. Onun həbsindən sonra bacısı Marianna Mirzoyan iddia edib ki, qardaşı erməni olduğuna görə saxlanıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb: “Onun əsl soyadı Qalustyan olub".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun