Çexiya parlamenti 1915-ci il hadisələrini "soyqırımı" olaraq tanıyıb

Çexiya parlamenti 1915-ci il hadisələrini "soyqırımı" olaraq tanıyıb
27 Aprel 2017
Mətni dəyiş
Çexiya parlamentinin aşağı palatası, dünən keçirdiyi iclasda, 1915-ci il hadisələrini "erməni soyqırımı" olaraq tanıyıb.
Abzas.net xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi sözçüsü Tiqran Balayan, Çexiya deputatlarının 1915-ci il hadisələrini "soyqırımı" olaraq tanıması qərarını açıqlayıb, 104 vəkil tərəfindən hə səsi verildiyini bildirib.
Rus mətbuatında yer alan məlumatlara görə, Çexiya Prezident Administrasiyasının sözçüsü İrji Ovçaçek, prezident Miloş Zeman-ın yazdığı məktubun mətnini jurnalistlərə elan edib. Məktubda, "(Osmanlı İmperatorluğundakı) Ermənistan ərazisində keçirilən toplu erməni qırğınının 102-ci ildönümünü yad edirik. Mən bir neçə dəfə şəxsən, ən son Ermənistan ziyarətim əsnasında və ötən ilin iyununda prezident Serj Sarkisyan ilə keçirdiyim görüşdə qırğınları "soyqırımı" olaraq adlandırdım" ifadələrinə yer verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun