Büdcədə 321 milyon manatlıq kəsir yaranıb

Büdcədə 321 milyon manatlıq kəsir yaranıb
28 Aprel 2017
Mətni dəyiş
2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 milyard 591.5 milyon, xərcləri isə 3 milyard 912.7 milyon manat olub. 321.2 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
Azadlıq Radiosu-nun məlumatına görə, Maliyyə Nazirliyinin məlumatında belə yazılır.
Halbuki, 2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili nəzərdə tutulandan 3.4 faiz çox olub.
Vergilər Nazirliyinin proqnozu 103.8 faiz icra etdiyi bildirilir. Yəni, bu nazirliyin xətti ilə büdcəyə 1 milyard 420.8 milyon manat vəsait daxil olub. Dövlət Gömrük Komitəsi isə proqnoza 117.5 faiz əməl edib. Bu komitədən də büdcəyə 571 milyon manat köçürülüb.
Maliyyə Nazirliyi bildirir ki, Dövlət Neft Fondundan da büdcəyə 1 milyard 525 milyon manat vəsait transfert edilib.
2017-ci ilin birinci rübündə dövlət büdcəsinin xərcləri isə 95.5 faiz icra olunub.
2017-ci il dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat, xərcləri isə 16 milyard 600 milyon manat təsdiq edilib. Ekspertlər deyir ki, bu büdcə son 10 ilin ən kiçik büdcəsidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun