"Brexit"in dayandırılması mümkündür

"Brexit"in dayandırılması mümkündür
21 Aprel 2017
Mətni dəyiş
Avropa Parlamentinin rəhbəri Antonio Tayani Böyük Britaniyanın istəyəcəyi təqdirdə "Brexit" prosesinin ləğv edilə biləcəyini açıqlayıb.
O, bunu "The Guardian" müsahibəsində bildirib.
A.Tayaninin fikrincə, iyunun 8-də Birləşmiş Krallıqda keçiriləcək seçkilərdə ölkənin Aİ-nin tərkibində qalmasının tərəfdarlarının qalib gəlməsiylə hökumət dəyişərsə, "Brexit" təşəbbüsü asanlıqla dayandırıla bilər.
"Böyük Britaniya seçkilərdən sonra 50-ci maddəni geri çağırmaq istəyərsə, prosedur çox aydındır", -deyə Avropa Parlamentinin sədri vurğulayıb.
Onun sözlərinə görə, Britaniya Aİ-də qalmaq istəsə, bu, hamının xeyrinə olardı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun