Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
18 Aprel 2017
Mətni dəyiş
Birləşmiş Krallığın Baş naziri Theresa May iyun ayının 8-də növbədənkənar seçkilərin çağırılması ilə bağlı planlarını açıqlayıb.
Çərşənbə günü baş nazirin təşəbbüsü parlamentdə səsverməyə çıxarılacaq.
Theresa May deyib ki, bu seçkilər "üzümüzə gələn illərdə əminlik və stabilliyi təmin etməyin" və "verəcəyim qərarlara sizin dəstəyinizi qazanmağın" tək yoludur.
O, ölkənin vahid olduğu halda partiyaları "siyasi oyunlar" oynamaqla günahlandıraraq, seçkilərin bu "oyunlara" son qoyacağını deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun