“Borussia” hadisəsi ilə bağlı şübhəli həbs edilib

“Borussia” hadisəsi ilə bağlı şübhəli həbs edilib
13 Aprel 2017
Mətni dəyiş
Almaniya federal prokurorluğunun verdiyi məlumata görə “Borussia” futbol komandasına bomba basqını ilə bağlı “islamçı keçmişə” malik şəxs saxlanıb.
Dortmunda yol kənarında gizlədilmiş üç bombanın partlayışı nəticəsində “Borussia” komandasının bir oyunçusu və bir polis zabiti xəsarət alıb.
Aprelin 11-də partlayışlar baş verəndə komanda avtobusla mehmanxanadan Çempionlar Liqası çərçivəsində Monaco komandası ilə oynamaq üçün stadiona yollanırdı.
Müstəntiqlər Almaniyanın “islamçı məkanından” olan iki şübhəlinin mənzillərində axtarış aparıblar.
Prokurorluq bildirir ki, hazırda şübhəlilərin hüquqi həbsinə qərar verilməsinin zəruriliyi öyrənilir.
Polis bildirir ki, basqının “dəqiq motivi hələlik bəlli deyil”.
Hazırda hadisə yerindən tapılmış üç bir-birinə bənzər məktub təhlil edilir.
Bundan əvvəl ölkə mediasında dövriyyə edən məktubun surətində ötən ilin dekabrında Berlində Milad yarmarkasına çırpılaraq 12 nəfərin ölümünə səbəb olmuş yük maşınından söhbət gedir.
Berlin basqını üçün məsuliyyəti öz üzərinə İslam Dövləti adlandırılan təşkilat götürmüşdü.
Angela Merlkelin sözçüsü Steffen Seibert deyib ki, kansler də Dortmund camaatı və milyonlarla alman kimi hadisədən narahatlıq keçirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun