Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılır

Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılır
4 Aprel 2017
Mətni dəyiş
“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
Qurumdan Trend-ə verilən məlumata görə, bu gün saat 11:00- dan axşam saatlarınadək Səbail rayonu, Bayıl dairəsi – Bibiheybət yolu, həmçinin Heydər Əliyev prospektinin Böyük Şor və Sabunçu yol qovşaqlarında avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən və ya tam məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaqları xahiş olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun