Bakıda antikorrupsiyaya dair müzakirələr baş tutub

Bakıda antikorrupsiyaya dair müzakirələr baş tutub
28 Aprel 2017
Mətni dəyiş
Yaxın günlərdə Azərbaycanda “Antikorrupsiya idarəetmə sistemi” standartı (İSO 37001) qəbul ediləcək.
Bu gün, aprelin 27-də Bakıda həmin standarta həsr edilmiş konfrans keçirilib.
Azadlıq Radiosu-nun məlumatına görə, İSO-nun müvafiq komitəsinin katibi, standartın müəllifi Maykl Heniqan da tədbirdə iştirak edib.
“Azərbaycanda korrupsiyaya ilə mübarizə üzrə bütün mexanizmlər mövcuddur və bu proses daim inkişafdadır”, deyə Azərbaycan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.
Ancaq, O, 12 il əvvəl qəbul edilən “Korrupsiya ilə mübarizə haqqında” qanuna uyğun olaraq dövlət qulluqçularının gəlirlərinin bəyan edilməsi məsələsinə toxunmayıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov deyib ki, əsas məqsəd korrupsiyaya ilə mübarizə sisteminin təşkili, tətbiqi, daima tənzimlənməsi, vaxtaşırı yenidən baxılması və təkmilləşdirilməsidir. Standartın tətbiqi zamanı təşkilatda mövcud ola biləcək korrupsiya riskləri araşdırılır, onların qiymətləndirilməsi aparılır və bu qiymətləndirmə əsasında qabaqlayıcı tədbirlərin görülməsi üzrə prosedur qaydalar sistemi qurulur.
“İSO 37001 standartı artıq, Oksford Universitetində, London Şəhər Polisi, Britaniya Dövlət Maliyyə İdarəsi, BP şirkəti, İtaliyanın ENİ şirkəti və digər təşkilatlar tərəfindən tətbiq edilib”, deyə SMPDK rəhbəri vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun