Bakı dairəvi yolu niyə çökür? [Fotolar]

Bakı dairəvi yolu niyə çökür? [Fotolar]
4 Aprel 2017
Mətni dəyiş
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının əməkdaşları tərəfindən Bakı dairəvi yolunda çökmə baş vermiş əraziyə baxış keçirilib.
Ekspedisiyanın dəstə rəisi Rafiq Həsənov APA-ya bildirib ki, yolun dəmir arakəsmələr yerləşən sahəsində təxminən 30 metrin 6-7 metrə ölçüsündə çökmə prosesi baş verib.
Onun sözlərinə görə, bu, ekzogen-geoloji proses kimi qiymətləndirilmir: “Yol genişləndirilən zaman istinad divarı tikilib. Tökmə torpaq qatı ilə yol genişləndirilib. Tökmə torpaq qatı yuyulub gedib, ərazidə 20 sm qalınlığında tökmə torpaq qatı çöküb”.
R. Həsənov qeyd edib ki, yolun hərəkət hissəsində eni 2 sm ölçüsündə çatlar əmələ gəlib: “Proqnoza görə, atmosfer yağıntılarının təsirindən çatların genişlənməsi və yolun hərəkət hissəsinin çökməsi təhlükəsi yarana bilər”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun