Azərbaycanın xaricdəki bəzi səfirliklərində nöqsanlar aşkarlanıb

Azərbaycanın xaricdəki bəzi səfirliklərində nöqsanlar aşkarlanıb
10 Aprel 2017
Mətni dəyiş
Azərbaycanın xaricdəki 5 səfirliyində maliyyə nöqsanları və büdcə qanunsuzluqları aşkarlanıb.
Abzas.net APA-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda bildirilib.
Bunlar Azərbaycanın Tacikistan, Qırğızıstan, Bolqarıstan, İtaliya və Misirdəki səfirlikləridir.
Görülən tədbirlər nəticəsində maliyyət itkilərinin Tacikistan, Qırğızıstan və Bolqarıstandakı Azərbaycan səfirliklərindən ödətdirilməsi Palata tərəfindən qeydə alınsa da, İtaliya və Misirdəki səfirliklərdəki maliyyə itkisinin bərpası qeydə alınmayıb. Xarici İşlər Nazirliyindən Hesablama Palatasına bununla bağlı iş aparılması barədə məlumat verilib.
Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun