Azərbaycanda yaşayan Türkiyə vətəndaşları referendumla bağlı səs verirlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları referendumla bağlı səs verirlər
9 Aprel 2017
Mətni dəyiş
Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar aprelin 16-da referendum keçiriləcək. Bu ölkənin Azərbaycanda yaşayan vətəndaşları isə referendumla əlaqədar aprelin 9-da səs verirlər.
APA-nın məlumatına görə, Türkiyənin Bakıdakı səfirliyində, eləcə də Türkiyənin  Gəncə və Naxçıvandakı baş konsulluqlarında seçki məntəqəsi açılıb.
Məntəqələr saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, Azərbaycanda altı mindən çox türkiyəli seçici qeydiyyata alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun