Azərbaycan-Türkiyə hərbi təlimləri keçiriləcək

Azərbaycan-Türkiyə hərbi təlimləri keçiriləcək
21 Aprel 2017
Mətni dəyiş
Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin birgə təlimləri keçiriləcək. Mayın 1-dən 5-nə kimi davam edəcək təlimlər iki ölkə arasındakı hərbi əməkdaşlıq haqqında sazişə əsasən reallaşacaq.
Abzas.net xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərin əsas məqsədi iki ölkənin silahlı qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, bölmələrin hazırlıq və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməkdir.
Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları, minaatanlar, hava qüvvələrinin helikopterləri, hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.
Təlimlərdə iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti, artıq Azərbaycandadır. Azərbaycanın hərbi hava bazalarından birində həmin heyətin təntənəli qarşılanma mərasimi keçirilib.
Türkiyə nümayəndə heyətinə polkovnik Hakan Açıkgöz rəhbərlik edir. O, birgə təlimlərin vacibliyini vurğulayıb. Təlimlərdə qazanılan təcrübənin hər iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsir göstərəcəyini söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun