Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlərə başlayıb [Foto-video]

Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlərə başlayıb [Foto-video]
16 Aprel 2017
Mətni dəyiş
Prezident, ali baş komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprel ayının 16-da Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimləri başlayıb. Təlimlər aprelin 21-dək davam edəcək.
Abzas.net xəbər verir ki, hərbi təlimlər qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə keçirilir.
Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun