Azərbaycan qaz ixracını 3,4 dəfə artırıb

Azərbaycan qaz ixracını 3,4 dəfə artırıb
13 Aprel 2017
Mətni dəyiş
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 266 min 349,06 dollar dəyərində 1 mln. 619 min 616,57 kubmetr təbii qaz ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı xarici ticarətin gömrük statistikasında deyilir.
Rəqəmlərin təhlili göstərir ki, ötən rüb ərzində nəql olunan qazın həcmi 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 1 mln. 151 min 430,16 kubmetr və ya 3,46 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 202 min 862,68 dollar və ya 4,2 dəfə artım müşahidə olunur. 2016-cı ilin yanvar-mart aylarında Azərbaycan 63 min 486,38 dollar dəyərində 468 min 186,41 kubmetr təbii qaz ixrac edib.
Təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,22%-ə yüksəlib. Ötən il bu göstərici 5,36% idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun