Azərbaycan məhsullarının Qazaxıstana ixracı məsələləri müzakirə ediləcək

Azərbaycan məhsullarının Qazaxıstana ixracı məsələləri müzakirə ediləcək
25 Aprel 2017
Mətni dəyiş
Azərbaycanın ixrac missiyası Qazaxıstanın Almata şəhərindədir.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ixrac missiyasına ölkəmizdə meyvə-tərəvəz məhsulları, meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, tikinti materialları, maşınqayırma sənayesi və səhiyyə sahəsində fəaliyyət göstərən 19 şirkətin nümayəndəsi daxildir.
Səfərin ilk günü Azpromo-nun təşkilatçılığı ilə Azərbaycan şirkətləri ilə Qazaxıstan şirkətləri arasında ikitərəfli görüşlər keçirilib. 30-a yaxın Qazaxıstan şirkətinin iştirak etdiyi görüşlərdə Azərbaycan və Qazaxıstan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Qazaxıstana ixrac imkanlarına dair müzakirələr aparılıb, Azərbaycanın rəqabətqabiliyyətli məhsulları barədə məlumat verilib.
Tədbir çərçivəsində "Ayan" MMC şirkətinin istehsal etdiyi limonad və mineral suların və "Ağ Naftalan" MMC-nin istehsal etdiyi Naftalan mazının Qazaxıstana ixracına dair danışıqlar aparılır.
İxrac missiyası sabah Qazaxıstanın Astana şəhərində olacaq, Qazaxıstan şirkətləri ilə Azərbaycan məhsullarının bu ölkəyə ixracının genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun