Azərbaycan indiyə qədər dünya bazarında 237 mln. ton mənfəət nefti satıb

Azərbaycan indiyə qədər dünya bazarında 237 mln. ton mənfəət nefti satıb
25 Aprel 2017
Mətni dəyiş
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri” və “Çıraq” yataqlarından, eləcə də “Günəşli” yatağının dərinsulu hissəsindən ("AÇG" layihəsi, "Əsrin Müqaviləsi") işlənmənin əvvəlindən 2017-ci il aprelin 1-nə qədər 423,5 mln. ton neft və 131 mlrd. kubmetr qaz hasil edilib. 
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya Ticarət, Logistika, Neft Emalı,Neft-kimya” forumunda çıxışı zamanı biildirib:
“Artıq 18 ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edir. 2017-ci il aprelin 1-dək dünya bazarında Azərbaycanın payına düşən 237 mln. ton mənfəət nefti satılıb”.
Şirkət rəsmisi qeyd edib ki, bu il aprelin 1-nə qədər dünya bazarına 443 mln. ton Azərbaycan nefti çıxarılıb və bunun 328 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.
"AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.
"AÇG" layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun