Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr müzakirə edilib

Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr müzakirə edilib
28 Aprel 2017
Mətni dəyiş
“Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulan hərbi əməkdaşlıq əlaqələri daim inkişaf edir”.
Aprelin 27-də Türkiyənin Bakıda səfərdə olan Jandarma Baş Komandanı, ordu generalı Yaşar Güreli qəbul edən müdafiə naziri Zakir Həsənov belə deyib.
Abzas.net-in məlumatına görə, nazirliyin mətbuat xidməti bildirir ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət diqqət mərkəzində olub.
Z.Həsənov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə ciddi təhdiddir. Bu problemin tezliklə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həlli vacibdir.
Y. Gürel də öz növbəsində Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.
Sonra Azərbaycan və Türkiyə hərbi qurumları arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Tərəflər birgə planların işlənilməsi, təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkilinə də diqqət ayırıblar.
Türkiyənin Jandarma Baş Komandanı, ordu generalı Yaşar Gürel dünən, aprelin 26-da Azərbaycana gəlib. O həmin gün daxili işlər naziri Ramil Usubovla görüşmüşdü. Yaşar Gürelin bu səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə də görüşü gözlənir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun