Azərbaycan ən təhlükəsiz ölkələrin reytinqində 35-ci yerdədir

Azərbaycan ən təhlükəsiz ölkələrin reytinqində 35-ci yerdədir
14 Aprel 2017
Mətni dəyiş
Dünya iqtisadi forumunun ekspertləri ən təhlükəsiz ölkələrin reytinqini açıqlayıb.
136 ölkənin daxil olduğu siyahıya əvvəlki kimi Finlandiya başçılıq edir.
Reytinq cədvəlində ikinci yerdə Səudiyyə Ərəbistanı, 3-də isə İslandiya gəlir.
İlk onluqda sonrakı yerləri Oman, Honq Konq, Sinqapur, Norveç, İsveçrə, Ruanda və Qətər gəlir.
Azərbaycan siyahıda 35-ci yerdə gəlir.
Keçmiş Sovet ölkələrindən Gürcüstan siyahıda 29-cu, Ermənistan 34-cü, Rusiya 109-cu, Türkiyə 116-cı, Ukrayna isə 127-ci yerdə gəlir.
Ən təhlükəli ölkələr isə Kolumbiya (136),Yəmən (135) və Salvadordur (134).
“The Travel & Tourism Competitiveness Report 2017” adlı hesabat silahlı münaqişələr, cinayətkarlığın səviyyəsi və terror təhlükəsi də daxil olmaqla müxtəlif faktorlar əsasında hazırlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun