Almaniyadan vətəndaşlarına "Türkiyəyə səyahət" xəbərdarlığı

Almaniyadan vətəndaşlarına "Türkiyəyə səyahət" xəbərdarlığı
21 Aprel 2017
Mətni dəyiş
Almaniya, referendum sonrasında Türkiyəyə gedəcək vətəndaşlarına etdiyi səyahət xəbərdarlığını yeniləyib.
Abzas.net xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin internet səhifəsində yer alan 19 aprel tarixli yenilənmiş səyahət və təhlükəsizlik xəbərdarlığında, 16 apreldə keçirilən referenduma xüsusi yer verilib.
Açıqlamada, "16 aprel 2017-ci ildə Türkiyədə konstitusiya dəyişikliyi mövzusunda referendum keçirildi. Referendumun rəsmi nəticələrinin aprel ayının sonuna doğru açıqlanması gözlənilir. Nümayişlərin olması və böyük aksiyaların keçirilməsi ehtimal olunur. Səyahət edəcək vətəndaşlarımıza siyasi nümayişlərdən və ümumi olaraq böyük qarışıqlıqlardan uzaq dayanmaları tövsiyə edilir", - deyə qeyd edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun