AFFA İntizam Komitəsi "Neftçi"yə texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi "Neftçi"yə texniki məğlubiyyət verib
25 Aprel 2017
Mətni dəyiş
"Neftçi" futbol komandası texniki məğlubiyyətlə üzləşib.
Bu barədə AFFA İntizam Komitəsi qərar verib.
Səbəb kimi flaqmanın səfərdə "Zirə" ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XXVII tur matçında legioner limitini pozması göstərilib. Qərarda deyilir: "Oyunun 68-ci dəqiqəsində “Neftçi” klubunun heyətində əvəzetmə zamanı limit pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir".
Bundan başqa “Neftçi”yə 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat cərimə kəsilib. Eyni məbləğdə cərimə "Sumqayıt"la oyunda 4 fubolçusu sarı vərəqə alan “Qarabağ”a da tətbiq olunub.
Bu qərardan sonra xallarını 36-ya yüksəldən "Zirə" 4-cü pillədə möhkəmlənib və Avropa Liqasına vəsiqəni böyük ölçüdə təmin edib. Vəsiqəni rəsmiləşdirmək üçün Ayxan Abbasovun baş məşqçi olduğu komandaya aprelin 29-da səfərdə AZAL-a qarşı keçirəcəyi son tur matçında heç-heçə də yetərlidir. 29 xalla 7-ci pillədə qalan "Neftçi" isə Avroliqa şanslarını tam itirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun