ABŞ Şimali Koreyaya qarşı sanksiyaları artırır

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları artırır
27 Aprel 2017
Mətni dəyiş
ABŞ KXDR-i nüvə proqramından çəkindirmək üçün bu ölkəyə qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.
Bununla bağlı Pentaqon rəhbəri Ceyms Mettisin, dövlət katibi Reks Tillersonun və Milli Kəşfiyyatın direktoru Den Koutsun birgə bəyanatlarında bildirilir.
Sənəddə qeyd olunur ki, ABŞ prezidentinin Şimali Koreyaya təzyiqlərin gücləndirməsi Pxenyanın nüvə və raket proqramlarından imtina etməsi məqsədi daşıyır. Ağ Ev rəhbəri Vaşinqtonun müttəfiqləri və regional tərəfdaşları ilə birlikdə diplomatik tədbirlərdən istifadə etməklə, həmçinin iqtisadi sanksiyaları artırmaqla Pxenyanı raket və nüvə proqramlarından daşındırmaq niyyətindədir.
Vaşinqton bu mənada KXDR-i dialoqa qaytarmağa çalışır.
/bundan əvvəl Pxenyan ABŞ-ın siyasətinə qarşı qabaqlayıcı hücumu istisna etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun