ABŞ İranı “narahatedici provokasiyalarda” təqsirləndirib

ABŞ İranı “narahatedici provokasiyalarda” təqsirləndirib
20 Aprel 2017
Mətni dəyiş
ABŞ Dövlət Katibi Rex Tillerson İranı Orta Şərqdə stabilliyin pozulması və ABŞ-ın regiondakı maraqlarının əksinə yönələn "davamlı narahatedici provokasiyaların" arxasında olmaqda təqsirləndirib.
"Müşahidə edilməyən İranın Şimali Koreya ilə eyni yolu keçərək dünyanı özü ilə aparmağa potensialı var", cənab Tillerson deyib.
Bundan əvvəl prezident Donald Trump İranın nüvə sazişinin bir daha nəzərdən keçirilməsinə əmr verib.
Buna baxmayaraq ABŞ İranın nüvə sazişinin şərtlərinə tabe olduğunu etiraf edir.
İran bu sözlərə hələlik münasibətini bildirməyib.
İran Qərbin ona qarşı yönələn nüvə silahlarını əldə etmək niyyətində olması iddiasını dəfələrlə rədd edib.
İran nüvə sazişi nədir?
İrana qarşı sanksiyalar, 2015-ci ildə bağlanılan sazişin şərtləri əsasında, Beynəlxalq Atom Enerji Agentliyinin (İAEA) ölkənin həssas nüvə fəaliyyətlərinə son qoyduğunu təsdiqlədikdən sonra qaldırılıb.
Keçmiş ABŞ prezidenti Barack Obama İran və altı dünya gücü olan ölkələr arasında əldə edilən sazişi İranın nüvə silahına malik olmasının qarşısını almaq üçün ən yaxşı yol olduğunu demişdi.
Lakin cənab Trump sazişi "tarixdə ən pis razılıq" adlandırıb və cənab Tillerson Konqresə göndərdiyi məktubda İranın "terrora sponsorluq edən aparıcı ölkələrdən" biri olduğunu iddia edib.
İran nüvə enerjisindən istifadə etməsinə hüququ olduğu və nüvə proqramının yalnız enerji istehsalına yönəldiyini deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun