ABŞ generalı: "Rusiya Talibanı silahlandırır"

ABŞ generalı: "Rusiya Talibanı silahlandırır"
25 Aprel 2017
Mətni dəyiş
ABŞ müdafiə naziri James Mattis ilə açıqlama verən ABŞ generalı John Nicholson, Rusiyanın Əfqanıstanda Talibanı silahlandırması ilə bağlı iddiaya "qarşı çıxmayacağını" söyləyib.
Sol Xəbər Portalı-nın məlumatına görə, mövzuyla əlaqədar detal verməkdən çəkinib, Nicholson-a dəstək verən Mattis, "Rusiya ilə diplomatik əlaqə quracağıq", - deyə bildirib.
Daha əvvəl də ABŞ-lı səlahiyyətlilər bənzər iddialar ortaya atmış, Rusiya tərəfindən Talibana verilən silahların Əfqanıstanın müxtəlif bölgələrində istifadə edildiyini vurğulamışdı.
Rusiya isə bu iddiaların sübutsuz olduğunu söyləyərək, Talibanı silahlandırdığını qəbul etməmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun