Xırdalanda tələləbər dəm qazından boğularaq ölüb

Xırdalanda tələləbər dəm qazından boğularaq ölüb
15 Mart 2017
Mətni dəyiş
Bu gün Xırdalan şəhərində dəhşətli hadisə baş verib. Abşeron rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.
Abşeron rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, faciəvi hadisə barədə onlara çağırış daxil olub, lakin təcili yardım əməkdaşları hadisə yerinə gedənə qədər hüquq-mühafizə orqanları tələbə qızların meyitlərini evdən çıxarıb morqa aparıb.
Abşeron rayon Polis İdarəsinin rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun