Vergi yoxlamalarından bezən sahibkar mətbəəni bağlayıb

Vergi yoxlamalarından bezən sahibkar mətbəəni bağlayıb
31 Mart 2017
Mətni dəyiş
Azərbaycanda qəzet nəşri ilə məşğul olan “E-Q” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandırıb.
Bu barədə MMC-nin təsisçisi və direktoru Akif Quliyev məlumat verib. Onun bildirdiyinə görə son dövrdə baş verən əsassız vergi yoxlamaları, eləcə də digər yoxlamalar müqabilində bu addımı atmağa məcbur olub.
Azadliq.info-nun xəbərinə görə, Akif Quliyev bildirib ki, onun təsisçisi və direktoru olduğu MMC dövrü mətbuatda qəzetlərin çapı ilə də məşğul olub.
Ötən ilin avqust ayından fəaliyyəti dayandırılan “Azadlıq” qəzeti də bayram və istirahət günlərində “E-Q” mətbəsində işıq üzü görüb.
Qəzetin yayım direktoru Faiq Əmirli həbs olunandan sonra dəfələrlə vergi və prokurorluq orqanlarına çağırıldığını deyən sahibkar yaxın zamanlarda məsələ ilə bağlı ictimaiyyətə geniş açıqlama verəcəyini də bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun