Vəkil: "Mehman Hüseynov əməliyyat olunmalıdır"

Vəkil: "Mehman Hüseynov əməliyyat olunmalıdır"
10 Mart 2017
Mətni dəyiş
"Mehman Huseynovun əhval-ruhiyyəsi normaldır. Deyir ki, “hər şey əladır, mənim üçün narahat olmayın”... Hər zamanki kimi pozitiv ruhdadır. Özü də möhkəm olduğunu, narahatçılığa əsas olmadığını deyir"
Abzas.net xəbər verir ki, bu haqda vəkil Elçin Sadıqov bu gün Şüvəlandakı 3 Saylı Təcridxanada Mehman Hüseynovla görüşdən sonra öz sosial şəbəkədə məlumat yayıb.
Vəkil Mehman Hüseynovun həbsdən öncə sağlımalığı ilə bağlı mövcud olan bəzi problemlərin həllinin həbsxana şəritində daha da aktuallıq kəsb etməyə başladığını bildirib.
Buna da bax: Mehman Hüseynov: “Möhkəm olun, həbsimə görə sıxıntı çəkməyin”
"Onun venoz damarında hələ bundan əvvəllər də problem vardı. Venoz damardakı genişlənmə ağrılarla müşayət olunur, həbsxana şəraitində daha artıq diqqət tələb edir. Biz məsləhətləşdik, hesab edirəm ki, bloqqerin əməliyyat olunmasına ehtiyac var. Bununla əlaqədar olaraq gərəkli hüquqi prosedurları başladacağıq. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə onun əməliyyat edilməsinə şərait yaradılması üçün müraciət edəcəyik".
E.Sadıqov  məlumatına görə, bloqqer üçün yaxınlarının göndərdiyi kitabların təcridxanaya çatdırılmasına problem yaradılıb. Göndərilən kitabları ona təqdim etmək istədikdə kitablardan birinin qadağan olunduğunu əsas gətirərək Mehmana çatdırılmasına imkan verilməyib.
Buna da bax: Mehman Hüseynovun anası ilə görüşünə imkan verilməyib
"Bu Səhər Delicani-nin “Çakaranda ağacının uşaqları” kitabı idi. Bu tamamilə qanunsuz addım idi. Həmin kitab açıq satışda var".
E.Sadıqov bildirib ki, Mehmanın əsas narahatçılığı ailəsi ilə bağlıdır. Onun ailəsi ilə telefonla əlaqə saxlamasına və görüşməsinə hələ də imkan yaradılmayıb.
"Bu məhbusların hüquqları ilə bağlı qanunvericiliyin kobud pozuntusudur. Bununla bağlı həm Penitensiar Xidmətin rəhbərliyinə, həm də insan haqları müvəkkilinə - Ombudsmana müraciət etmişəm. Hələ ki, araşdırılıb, gərəkli addımlar atılmayıb".
Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.
Buna da bax: Əli Həsənov: “Mehman Hüseynov cinayət əməlinə görə məhkum olunub”
Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun işgəncə ilə bağlı şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.
Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.
Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb onu məhkəməyə vermişdi.
Martın 3-də Suraxanı rayon məhkəməsi Mehman Hüseynovu CM-nin 147.2-ci maddəsilə təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Bloqqer məhkəmə zalında həbs olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun