Türkiyəli deputat: "Kefim pozulanda Binali Yıldırımın videolarına baxıram"

Türkiyəli deputat: "Kefim pozulanda Binali Yıldırımın videolarına baxıram"
26 Mart 2017
Mətni dəyiş
Türkiyədə referendum kampaniyası çərçivəsində CHP millət vəkili Muharrem İnce referandumda təkliflərin qəbul olunacağı halda baş nazirliyin ləğv olunacağını bildirib.
Abzas.net xəbər verir ki, türkiyəli siyasətçi bu barədə Osmaniyədə keçirdiyi mitinqdə danışıb. Mitinq əsnasında siyasətçi bildirib ki, kefi pozulduğu vaxt baş nazir Binali Yıldırımın videolarına baxır.
"İndi meydanlara çıxıb referendum təklifinin leyhinə kampaniya aparır. Referendumda bəli çıxanda sən ləğv olunacaqsan, baş nazirlik olmayacaq. Bir siyasətçi, bir baş nazir meydana çıxıb "Məni yox edin, məni məhv edin, məni ortadan qaldırın" deyə səs istəyərmi? belə bir şey olarmı! Yoxsa aldatdılarmı onu, çox maraqlı gəlir" - deyə bildirib.
Türkiyədə aprelin 16-a referendum təyin edilib. Konstitusiya dəyişikliklərini hakim AKP partiyası təklif edib və müxalif MHP onu dəstəkləyir.
Ana müxalifət CHP və digər parlament müxalifət partiyası HDP təkliflərin əleyhinə kampaniya aparır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun