Türkiyə liderləri Avropanı niyə təhdid edirlər?

Türkiyə liderləri Avropanı niyə təhdid edirlər?
17 Mart 2017
Mətni dəyiş
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Niderlandda keçirilən seçkilərin nəticələrini şərh edərkən "Avropanı tezliklə yeni "müqəddəs müharibələr" gözləyir" deyib.
"Keçmişdə onlar bir əsr mübarizə apardılar. Müxtəlif inanclara sahib olduqları üçün bir-birlərini məhv etdilər. Onlar dərs aldılar və Avropa İttifaqını yaratdılar. İndi isə onlar bunu məhv etməyə başlayıblar. Avropanı qara günlər gözləyir ", - deyə Çavuşoğlu Türkiyənin cənubunda, özünün seçki dairəsində kecirdiyi nümayişdə bu bəyanatı verib.
Öz növbəsində Türkiyə prezidenti Recep Tayyip Erdoğan Aİ -nı Avropa Məhkəməsinin şirkətlərə müəyyən şərtlərlə işçilərin hicab taxmasını qadağan edən qanuna görə tənqid edib.
"Aİ üçün təəssüflər olsun! Rədd olsun sizin Avropa prinsipləriniz, dəyərləriniz və ədalətiniz... İlk olaraq siz xaçı (xristian) və ayparanı (islam) qarşı-qarşıya gətirdiniz!" - deyə o bildirib.
Bu bəyanat - Türkiyə hökumətinin kontitusiya referendumunu dəstəkləməklə bağlı səfərbərlik səylərinin bir hissəsidir. Referendum Türkiyədə hakim parlament sisteminin prezident hakimiyyəti ilə dəyşidirilməsinə çağırır.
[caption id="attachment_28612" align="alignnone" width="624"] Türkiyə rəhbərliyinin davakar bəyanatları konstitusiya islahatlarının dəstəklənməsi kampaniyasının bir hissəsidir[/caption]
Bu kampaniyada 3 əsas mövzu var.
Birincisi - Avropa liderlərinin insan haqqları, qanunun aliliyi və demokratiya ilə bağlı Türkiyənin ünvanına səsləndirdiyi ittihamlara cavab vermək.
Digər sözlərlə isə Avropada da demokratiyanın zəiflədiyinin müşahidə edildiyini göstərməkdir. Buna ən bariz nümunə isə islamfobiyaları ilə məhşur olan son dərəcə sağçı siyası partiyaların artmasıdır.
Çavuşoğlunun fikrincə, Avropa ölkələrininin ikiüzlülüyünün səbəbi Türkiyədə demokratiya ilə vəziyyəti tənqid edərkən onların özünün artan anti-mühacir və anti-islam dəyərlərinin dəyişməsidir.
İkincisi Erdoğan və Çavuşoğlu ictimai müzakirələrə Avropanın "onlara qarşı olduğu" ideyasını təlqin etməyə çalışır, buna səbəb isə tərəfdarlarını səfərbər etməkdir.
Ümumiyyətlə Çavuşoğlu hesab edir ki, avropalılar Türkiyənin artan gücündən qorxuya düşüblər və onlar konstitusiya islahatlarının uğursuzluqla nəticələnməsini istəyirlər.
Üçüncüsü isə türk seçicisinə göstərmək lazımdır ki, "Türkiyə güclü ölkədir və Avropa Türkiyəyə hörmət etməyi öyrənməlidir". Bu isə o deməkdir ki, Aİ Türkiyəni regional güc olduğunu etiraf etməli və əvvəllər olduğu kimi, ona yuxarıdan aşağı baxmamalıdır.
Bununla yanaşı türk nazirinin fikrincə, Avropa və Qərb ümumilikdə eniş dövrünü yaşayır, cünki siyasətçilər öz xaqlarının tələblərinə qulaq asmadılar, amma Türkiyə güclü və stabil hökumətilə beynəlxalq siyasətdə doğan bir ulduzdur.
Bir zamanlar bu cür yanaşma Erdoğana tərəfdarlarını səfərbər etməyə kömək etmişdi.
Beləliklə 16 aprel referendumu yaxınlaşdıqca türk siyasətçilərinin Qərb əleyhinə bəyanatları daha tez-tez və daha yüksəkdən səslənəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun