Türkiyə baş nazirinin 17 mühafizəçisi zəhərlənib

Türkiyə baş nazirinin 17 mühafizəçisi zəhərlənib
8 Mart 2017
Mətni dəyiş
Türkiyənin baş naziri Binali Yıldırım'ın mühafizəçiləri zəhərlənib.
Abzas.net "Milliyet"ə istinadən xəbər verir ki, baş nazirin ötən gün İzmir şəhərində görüşlər keçirərkən vəzifə başında olan polis mühafizəçilərindən 17-si yediyi yeməklərdən zəhərlənərək müxtəlif xəstəxanalara yerləşdirilib.
Mühafizəçilər axşam yeməyindən sonra xəstəxanalara müraciət edib.
Qida zəhərlənməsi yaşayan mühafizəçilərin kartof püresi və toyuq əti yedikləri bildirilir.
Yeməklərdən nümunələr alınıb laboratoriyalara göndərilib.
Mühafizəçilər ilkin müayinə və müalicədən sonra xəstəxanadan buraxılıb.
Onların vəziyyəti normal qiymətləndirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun