Trump yeni miqrasiya sərəncamı imzalayır

Trump yeni miqrasiya sərəncamı imzalayır
7 Mart 2017
Mətni dəyiş
Köməkçisi Kellyanne Conway, Donald Trump-n bazar ertəsi gününün irəliləyən saatlarında yeni miqrasiya sərəncamı imzalayacağını bildirib.
Federal məhkəmə tərəfindən səyahət qadağası rədd edildikdən sonra, sərəncamın Ağ Evdə gözdən keçirilərək yeni versiyasının təqdimi gözlənilən idi.
Əvvəlki sərəncam, ABŞ-ın qaçqınların köçürülməsi proqramını tamamilə dayandırmaq və əsəsən müsəlmanların yaşadığı yeddi ölkənin vətəndaşlarının ABŞ-a girməsinin qarşısını almaq üçün hazırlanmışdı.
Bu, vizası olan insanların ölkəyə burxılmaması, aeroportlarda qarışıqlıq və geniş miqyaslı etirazlara səbəb olmuşdu.
Prezident Trump administrasiyası ABŞ-ı terrorizmdən uzaq saxlamaq üçün, qadağanın mühüm olduğunu iddia edirdi.
Yeni sərəncamın fərqi nədədir?
Cənab Trump-ın baş köməkçisi Xanım Conway Fox News-a müsahibəsində bildirib ki, yeni sərəncam hələ tam hazır deyil, lakin, İraq vətəndaşları ABŞ-a daxil olmaq qadağasından kənarda qalacaqlar.
Əvvəli siyahıda olan qalan altı ölkə - İran, Liviya, Suriya, Somali, Sudan və Yəmən vətəndaşları, yenidən 90 günlük səyahət qadağası ilə üzləşəcəklər.
Buna baxmayaraq, Associated Press tərəfindən görülən Konqresin hesabatına əsasən, səyahət qadağası artıq vizası olanlara şamil olunmayacaq.
Xanım Conway həmçinin bildirib ki, yeni əmr adıçəkilən ölkələrdən olan yaşıl kart sahiblərinə (ABŞ-ın qanuni oturum haqqına malik vətəndaşları) tətbiq olunmayacaq.
Reuters-ə əsasən, qaçqınlara 120 gün ölkəyə daxil olmaq qadağan olacaq. Amma, Xanım Conway qeyd edib ki, suriyalı qaçqınlara qadağa qeyri-müəyyən şəkildə tətbiq olunmayacaq.
Associated Press həmçinin bildirib ki, yeni sərəncam əvvəlkindən fərqli olaraq, dini azlıqlara üstünlük verməyəcək. Trump administrasiyasının tənqidçiləri bunu ABŞ-a daxil olmaq istəyən xristianlara kömək kimi qiymətləndiriblər.
Qadağa nə zaman qüvvəyə minəcək?
Xanım Conway deyib ki, qərar martın 16-ı qüvvəyə minəcək.
Xəbərdarlıqsız verilən ilk sərəncamın yanvarın 27-i ABŞ aeroportlarında yaratdığı qarışıqlıq səbəb ilə, 10 gün öncədən xəbərdarlıq vermək qənaətbəxş sayılır.
Sərəncam verildikdə havada olan cari viza sahibləri, sərhəd polisi tərəfindən saxlanılmışdılar.
O zaman Cənab Trump xəbərdarlıq verilməməsini Twitter-də belə izah etmişdi: "Əgər qadağa bir həftə xəbərdarlıqla verilmiş olsaydı, 'bədlik' ölkəmizə tələsəcəkdi.
Yeni sərəncam hüquqi problemlərlə üzləşəcəkmi?
Əvvəlki qadağanı rədd edən federal hakimlərdən biri, sərəncamın "işə baxılması üçün müddətin" kifayət qədər olmadığını bildirmişdi.
Hakimlər həmçinin, "sərəncamda adı çəkilən ölkələrin heç bir üzvünün" ABŞ-a qarşı hər hansı terror hücumunda olması ilə bağlı dəlilə rast gəlməmişdilər. Buna görə də, çox güman ki, sərəncam eyni nəzarətə məruz qalacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun