Trump-ın Obama iddiası rədd edilib

Trump-ın Obama iddiası rədd edilib
6 Mart 2017
Mətni dəyiş
Federal Təhqiqatlar Bürosunun direktoru James Comey prezident Donald Trump-ın Barak Obamanın onun telefonunu dinləməsinə dair iddialarını rədd edib, ABŞ mediası söyləyib.
Xəbər verilir ki, cənab Comey Ədliyyə Nazirliyindən Obamanın ötən ilin seçki kampaniyası zamanı telefon danışıqlarını dinləməyi sifariş verməsi iddialarının rədd edilməsini xahiş edib.
O bunu ona görə edib ki, bu, yanlışlıqla FTB-nin qanunu pozmasına işarə edir.
Xəbəri New York Times yazıb və NBC isə təsdiqləyib.
Ədliyyə Nazirliyi xəbərlə bağlı heç bir rəsmi məlumat verməyib.
ABŞ KİV-i bir rəsmiyə istinadən cənab Comey-in Trump-ın iddialarını təsdiq edən sübutların olmadığına inandığını deyib.
Obamanın sözçüsü cənab Trump-ın iddialarını "sadəcə yalan" adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun