Sumqayıt yolunda qəzaya düşən tələbələrdən biri də vəfat etdi

Sumqayıt yolunda qəzaya düşən tələbələrdən biri də vəfat etdi
12 Mart 2017
Mətni dəyiş
Martın 9-da Bakı-Sumqayıt yolunda qəzaya düşən tələbələrdən biri də xəstəxanada dünyasını dəyişib.
Azadliq.info-nun məlumatına görə, 18 yaşlı Lalə Nəsirzadə yaralı olaraq yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzdə martın 11-i səhər saatlarında vəfat edib. Martın 10-da xəstəxananın həkimi Ədalət Dadaşov onun yaşama şansının cüzi olduğunu demişdi.
Qəzaya düşənlər Sumqayıt Dövlət Universitetinin tələbələridir. Hadisə vaxtı 4 tələbə yerində, 1 tələbə isə xəstaxanada dünyasını dəyişib. Onlar fizika fakültəsinin 3-cü kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Rəşad Canıyev, Roza Muradova və Çinarə Quliyeva idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun