“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilir

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilir
1 Mart 2017
Mətni dəyiş
Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
Bu barədə Modern.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli məlumat verib.
Tahir Kərimli  bugünkü iclasda “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməsinin təklif olunduğunu bildirib.
Yeni dəyişikliyə əsasən bütün səlahiyyəti müddətində Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrləri, sədr müavinləri və hakimləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), hərbi qulluqçular, köməkçi-texniki heyət istisna olmaqla, prokurorluq, ədliyyə, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, gömrük, maliyyə, vergi, feldyeger rabitəsi, fövqəladə hallar, miqrasiya orqan-larının, dövlət mətbuatı orqanlarının işçiləri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvləri, din xadimləri siyasi partiyaların üzvü ola bilməzlər.
Deputat deyib ki, dəyişiklik texniki xarakterlidir.
“Milli Təhlükəsizlik Nazirliyi ləğv edildiyindən həmin qurumun adı maddədən çıxarılıb, əvəzində isə Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin adı əlavə edilib”.
Komitəsinin bu gün keçirilən iclasında “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanununa da dəyişiklik layihəsi müzakirə edilib.
Dəyişiklik layihəsinə əsasən, Azərbaycan Respublikasının Prokurorluğu müvafiq icra hakimiyyəti orqanlarını cəlb etməklə, siyasi repressiyaya məruz qalmış şəxslərin işlərini yoxlayır və yoxlamanın nəticələrinə əsasən məhkəmədən kənar tətbiq edilmiş repressiya ilə bağlı bəraət məsələsinə dair (müsbət və ya mәnfi həlli barədə) rəy verir.
Əvvəllər isə bu prosesdə Prokurorluq Daxili İşlər Nazirliyini və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyini cəlb etməklə yoxlama aparırdı.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun