Sivilizasiyaların birləşdirilməsi: “Qardaş ölkələr” sindromu - IV hissə

Sivilizasiyaların birləşdirilməsi: “Qardaş ölkələr” sindromu - IV hissə
13 Mart 2017
Mətni dəyiş
III hissəni buradan oxuya bilərsiniz
Samuel Hantinqton
Digər sivilizasiyalara aid olan insanlarla birlikdə müharibəyə cəlb olunmuş eyni sivilizasiyadan olan qruplar və ya ölkələr təbii olaraq öz mədəniyyətlərinə (sivilizasiya) aid olan xalqlara kömək etməyə cəhd edirdilər. Soyuq müharibənin bitməsi ilə yeni dünya nizamı meydana gəlir və onun formalaşması olaraq bir sivilizasiyaya aid olma və ya H.D.S. Greenway-in də qeyd etdiyi kimi “qardaş ölkələr sindrom”u  əməkdaşlıq və koalisiyaların əsas prinsipi kimi siyasi ideologiya və ənənəvi səbəbləri güc balansı olaraq qorumağı əvəvzləyir.
Son dövrlərin bütün münaqişələri - Fars körfəzində, Qafqazda, Bosniyada – bu sindromun tədricən yaranmasına şahidlik edir. Düzdür, bu konfliktlərin heç biri hansısa sivilizasiyalar arasında olan tam miqyaslı müharibələr deyildi, amma bu müharibələrin hər biri özündə mədəniyyətlərin daxili birləşmə elementlərini əks etdirirdi. Münaqişələrin inkişafında bu faktorun getdikcə daha çox əhəmiyyət qazanması nəzərə çarpır.
Birincisi. Fars körfəzi münaqişəsi zamanı bir ərəb dövləti digər bir ərəb dövlətinin ərazisini zəbt edirdi və daha sonra ərəb, Qərb və başqa ölkələrdən ibarət koalisiyalarla mübarizə etməyə başladılar. Səddam Hüseyni az sayıda müsəlman hökümətlərinin dəstəkləməsinə baxmayaraq, ona qeyri-rəsmi olaraq bir çox ərəb ölkələrinin hakim elitası tərəfdar çıxmışdı. Bundan sonra o, bir çox ərəb ölkələri arasında popolyarlıq qazanmışdı.
İslam fundamentalistləri çox tez-tez İraqı dəstəkləyirdilər, ancaq arxalarında Qərbin dayandığı Küveyt və Səudiyyə Ərəbistan hökumətləri təbii ki, İraqın yanında deyildilər. Ərəb millətçiliyini qızışdıraraq Səddam Hüseyn açıq şəkildə İslama müraciət etmişdi. O və onun tərəfdarları çalışırdılar ki, bu müharibəni sivilizasiyalar arasındakı bir müharibə kimi göstərsinlər.
Məkkədə  Um-al–Kur universitetinin İslami tədqiqatlar fakültəsinin dekanı Səfər əl Həvali öz çıxışında deyirdi ki, “Dünya İraqa qarşı müharibə aparmır, Qərb İraqa qarşı vuruşur”.
Bunun ardınca İranın dini lideri Ayətullah Xamenei Qərbə qarşı müqəddəs müharibəyə başlamaq üçün çağırış etdi: “Amerikan aqressivliyinə, planlarına, acgözlüyünə və siyasətinə qarşı mübarizə cihad sayılacaq və bu müharibədə ölən hər bir insan şəhid hesab olunacaq”.
“Bu müharibə tək İraqa qarşı deyil ,bütün ərəb və müsəlmanlara qarşı aparılır” sözlərini İordaniya kralı Hüseyn deyirdi.
İkincisi. “Qardaş ölkələr sindrom”u keçmiş Sovet İttifaqı ərazisindəki münaqişələrdə də özünü biruzə vermişdi. 1992-1993-cü illərdə ermənilərin hərbi uğurları Türkiyəni ona dini, etnik və dil baxımından yaxın, qohum olan Azərbaycana kömək etməyə sövq etdi. 1992-ci ildə vəzifədə olan türk rəsmisi “Türk xalqı da Azərbaycan xalq hiss edənləri yaşayır, hiss edir. – Biz təzyiq altında idik. Bizim qəzetlərimizdə erməni vəhşiliklərini göstərən şəkillər təsvir edilir. Bizə sual veridilər ki, biz hələ də neytral siyasət yeritməyə davam edəcəyikmi? Biz Ermənistana göstərməliyik ki, bu regionda böyük bir Türkiyə var”,  deyə bir çıxış etdi.
Bu çıxışla Türkiyənin prezidenti Turqut Özal da razılaşmış və Ermənistanı qorxutmaq lazım gəldiyini qeyd etmişdi. 1993-cü ildə o, öz sözlərini bir daha təkrar etdi: “Türkiyə hələ öz dişlərini göstərəcək!” Türk hava qüvvələri Ermənistan sərhədləri boyunca kəşfiyyat uçuşları həyata keçirirdilər. Türkiyə və İran elan etdilər ki, onlar Azərbaycanın parçalanmasına imkan verməyəcəklər. Sovet hakimiyyəti öz mövcudluğunun sonuncu illərində hələ də əvvəlki kimi hakimiyyətdə kommunistlərin olduğu Azərbaycanı dəstəkləyirdilər. Belə ki, Sovet İttifaqının dağılması ilə siyasi motivlər dini motivlərlə əvəz edildi. Artqı Rusiya qoşunları ermənilər tərəfdə vuruşmağa başladılar və bu zaman Azərbaycan hökuməti Rusiya hakimiyyətini 180 dərəcə dəyişib xristian Ermənistanı dəstəkləməkdə günahlandırmağa başladı.
Üçüncü. Əgər biz keçmiş Yuqoslaviyadakı müharibəyə baxsaq, görərik ki, burada Qərb cəmiyyəti öz dəstək və simpatiyasını Bosniya müsəlmanlarına göstərdilər və serblər tərəfindən törədilmiş vəhşiliklərə isə dəhşət və ikrah hissi ilə yanaşdılar. Yuqoslaviyanın parçalanmasının ilkin mərhələlərində ilk diplomatik təşəbbüsü Almaniya göstərdi. Yerdə qalan digər Avropa ittifaqı ölkələri nümunəni təqib edərək Sloveniya və Xorvatiyanı tanıdılar. Bu iki katolik dövlətin mövqeyini gücləndirmək üçün Vatikan adını çəkdiyimiz dövlətləri Avropa İttifaqından əvvəl tanımışdı. Avropa nümunəsini ABŞ da izlədi. Beləliklə, Avropa sivilizasiyasının aparıcı ölkələri öz dindaşlarına dəstək nümayiş etdirdilər.
[caption id="attachment_24647" align="alignnone" width="1920"] Samuel P. Huntington 2004-cü il Dünya İqtisadi Forumunda[/caption]
Daha sonra isə, Xorvatiyanın Mərkəzi Avropa və Qərb dövlətlərindən çox sayıda silah əldə etməsi hesabatları ortaya çıxarıldı. Digər tərəfdən Boris Yelsin hakimiyyəti orta bir siyasət yeritməyə cəhd edərək, nə provaslav serblərlə münasibətləri korlamaq, nə də Rusiyanı Qərbə qarşı qoymaq istəmirdilər. Buna baxmayaraq, aralarında çox sayda millət vəkili olan Rusiya mühafizəkarları və millətçiləri hökuməti serblərə kifayət qədər kömək etməməkdə günahlandırırdılar. 1993-cü ilin əvvəllərində yüzlərlə Rusiya vətəndaşı serb qoşunlarında xidmət edirdi və yayılan məlumatlara görə Serbiyaya rus silahları təslim edilirdi.
İslam hökumətləri və siyasi qrupları isə öz növbələrində Qərbi Bosniya müsəlmanlarını müdafiəyə qalxmadığı üçün günahlandırırdı. İran hökuməti bütün dünya müsəlmanlarını Bosniyaya kömək etməyə çağırırdı. BMT-nin silah embarqosuna baxmayaraq İran Bosniyaya silah və əsgər göndərirdi. Hesabatlara görə, 1993-cü ildə Bosniyada 20-yə yaxın islam ölkəsindən 4000 əsgər vuruşurdu. Başqa bir hesabata görə, 1992-ci ilin sonu üçün Səudiyyə Ərəbistan hökuməti bosniyalı müsəlmanları silah və qida təminatı üçün maliyyələşdirirdi. Bu yardım əhəmiyyətli dərəcədə bosniyalıların serblər qarşısında döyüş qabiliyyətini gücləndirdi.
Konflikt və zorakılıqlar eyni sivilizasiyalara aid olan ölkələr arasında da baş verə bilər. Amma onlar bir qayda olaraq, sivilizasiyalar arasındakı münaqişələr kimi güclü və hərtərəfli olmurlar. Eyni sivilizasiyaya məxsus olma halı zorakılıq ehtimalını azaldır. 1991-1992-ci illərdə bir çox insan Rusiya və Ukrayna arasında mübahisəli ərazilərə - ilk növbədə Krım və Qara dəniz donanması, nüvə arsenalları, iqtisadi problemlərə görə hərbi qarşıdurma yaranacağından çəkinirdilər. Amma əgər bir sivilizasiyaya aid olan nə isə ifadə edirsə, bu zaman Rusiya və Ukrayna arasındakı silahlı münaqişə ehtimalı o qədər də böyük deyildir.
Bu iki slavyan, böyük əksəriyyəti provaslav olan xalq əsrlərə dayanan sıx əlaqələrə sahibdir. Buna görə də 1993-cü ilin əvvəllərində münaqişənin baş verməsi üçün üzdə olan bütün səbəblərinə baxmayaraq, hər iki ölkənin lideri danışıqları uğurlu şəkildə apardı. Bu zaman keçmiş Sovet İttifaqı ərazisində müsəlmanlar və xristianlar arasında güclü müharibələr gedirdi; birbaşa qarşıdurmalara çatan gərginlik Pribaltikada Qərb və provaslav xristianları arasındakı münasibətləri müəyyən edirdi; - ancaq ruslar və ukraynalılar arasında məsələ şiddətə gəlib çıxmadı.
İndiyədək, sivilizasiyaların birləşməsi məhdud forma almış şəkildədi, ancaq proses inkişaf edir və gələcək üçün əhəmiyyətli dərəcədə potensiala malikdir. Əgər növbəti dünya müharibəsi baş versə, bu yəqin ki, sivilizasiyalar arasında baş verəcək.
Davamı var...
Tərcümə: Asya Cəlilova

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun