Sabah hava yağışlı, qarlı olacaq

Sabah hava yağışlı, qarlı olacaq
31 Mart 2017
Mətni dəyiş
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Abzas.net-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Əsasən gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 3-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Gündüz əksər rayonlarda yağıntıda qısa fasilə yaranacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun