Sərəncamla 423 nəfər əfv edilib

Sərəncamla 423 nəfər əfv edilib
16 Mart 2017
Mətni dəyiş
Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.
“Report”un xəbərinə görə, sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq verilib.
Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev "Report"a bildirib ki, müvafiq sərəncamla 423 məhkum əfv olunub: "Sərəncamla 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə onlara verilən müxtəlif cəzalardan azad edilib. Eyni zamanda, ömürlük cəzaya məhkum olunan iki nəfərin cəzasının müddəti dəyişdirilib".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun