Rusiyanın xarici ölkələrdəki seçki müdaxiləsi mövzusunda dinləmələr keçirilib

Rusiyanın xarici ölkələrdəki seçki müdaxiləsi mövzusunda dinləmələr keçirilib
11 Mart 2017
Mətni dəyiş
Demokrat Partiyası nümayəndələri inanırlar ki, Putin 2016 ABŞ prezident seçkilərinə müdaxilə edib. Ölkənin kəşfiyyat icması da eyni fikirdədir.
“Bu addımlar bizim ölkəmizə qarşı bir hücum idi və biz bu hücuma müvafiq cavab vermirik. Putin getdikcə bizim və müttəqlərimiz üçün ciddi təhlükəyə çevriləcək.”
Seçki kampaniyası dövrü Prezident Donald Tramp bəyan edirdi ki, o, ABŞ və Rusiya münasibətlərini yaxşılaşdırmaq niyyətindədir. Buna baxmayaraq, prezidentin təmsil etdiyi Respublikaçılar bu mövzuda eyni istəyi bölüşmürlər.
“Ruslar bizim dostlarımız deyil. Onlar Krımı ilhaq ediblər.”
Konqresin Xarici Əlaqələr Komitəsi önündə çıxış edən təhlilçilərdən biri bildirdi ki, Rusiya Qərb demokratiyası və ABŞ Avropa hərbi tərəfdaşlığına qarşı kütləvi propaqanda aparır.
“Bizim gördüyümüz vacib məqamlardan biri odur ki, Rusiya öz propaqanda vasitələrini inkişaf etdirib və onu uğurla xarici ölkələrində tətbiq edir. Bu təbliğat həm Qərb demokratiyası ərazilərində, həm də sərhədyanı ölkələrində həyata keçirilir. Müşahidə etdiklərimiz yeni şeylər deyil. Diqqətimizi cəlb edən həm də odur ki, bu təbliğat sürətlə yeni formalar alır.”
Təhlilçi hesab edir ki, saxta xəbərlərin yayılması bu vasitələrdən biridir. Bu yolla onlar diqqəti Rusiyadan yayındırmağa çalışırlar.
Estoniyanın sabiq prezidenti Tomas Hendrik ABŞ qanunvericilərinə bildirib ki, Rusiya hal-hazırda ABŞ seçkiləri zamanı etdiyi müdaxiləni Fransa, Almaniya və Niderland seçkilərində də edir.
“Niderlandlılar xarici müdaxilə ehtimalından o qədər narahatdırlar ki, onlar elektron bülletenləri kağız bülletenlərlə əvəz etmək qərarı veriblər.”
Milli Müdafiə Universitetindən Piter Eltsov bu narahatlıqların əsaslı olduğunu düşünür.
“Çünki Rusiya həm Avropa Birliyi, həm də NATO-nu parçalamaq istəyir. Onlar xaricdə Rusiyaya tətbiq edilən sanksiyaları aradan qaldıracaq siyasətçilərə dəstək verirlər.”
Eltsov Fransa prezident seçkilərində iştirak edən ifrat sağçı namizəd Marin LePeni nümunə göstərərək, Rusiyanın bəzi Avropa siyasətçilərini maliyyələşdirdiyini söylədi.
“LePen Putinin böyük pərəstişkarıdır. O hətta Krımı tanınaq niyyətindədir.”
Elstov düşünür ki, Rusiya Avropa ölkələrində həm ifrat sağ, həm də ifrat sol siyasətçiləri dəstəkləməklə Avropa Birliyini parçalamaq niyyətindədir.
Mütəxəssislər ABŞ və müttəfiqlərin Rusiyanın bu səylərinin qarşısının alınmasının vacibliyini qeyd edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun