"Qiyas İbrahimovun gözlərində kəskin ağrılar yaranıb, uzağı görə bilmir"

"Qiyas İbrahimovun gözlərində kəskin ağrılar yaranıb, uzağı görə bilmir"
30 Mart 2017
Mətni dəyiş
"Bu gün Bakı İstintaq Təcridxanasında Qiyas İbrahimovla görüşdüm, əhvalı yaxşıdır. Amma gözlərində kəskin ağrılar yaranıb, uzağı görə bilmir".
Abzas.net xəbər verir ki, bu barədə Qiyas İbrahimovun vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin sözlərinə görə, Qiyas tibbi müayinədən keçirilməsi və tibbi yardım edilməsi ilə bağlı təcridxana işçilərinə müraciət etsə də, hələ heç bir nəticəsi olmayıb.
E.Sadıqov qeyd edib ki, Qiyas İbrahimovun ona göndərdiyi məktubların Bakı İstintaq Təcridxanası tərəfindən oxunması və vəkillə ünsiyyətin konfedensiallığının pozulması ilə bağlı şikayət üzrə Suraxanı rayon məhkəməsinin bu günə təyin edilmiş iclası 04.04.2017-ci il tarixə, saat 16.00-a təxirə salınıb.
NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov bu il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra həbs olunublar. Ancaq onları qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək hər birini 10 il azadlıqdan məhrum ediblər.
Amnesty International təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu “vicdan məhbusu” elan edib.
Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik maddə ittihamı saxtalaşdırılıb.
Amma hakimiyyət təmsilçiləri onların “siyasi məhbus” olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun