Qazaxıstanda konstitusiya düzəlişlər edilir

Qazaxıstanda konstitusiya düzəlişlər edilir
6 Mart 2017
Mətni dəyiş
Qazaxıstan parlamenti ölkə konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı qanun layihəsini ikinci-sonuncu oxunuşda qəbul edib.
Düzəlişlər parlamentə martın 3-də daxil olub, şənbə günü parlamentin hər iki palatası və partiya fraksiyalarının müzakirəsində olub, bazar ertəsi isə parlamentdə qəbul edilərək prezidentin təsdiqinə göndərilib.
Məclis və senatın birgə komissiyasının sədri Nurlan Abdirov ümumilikdə konstitusiyaya 26 düzəliş edildiyini bildirib.
Söhbət əsasən prezidentin bir sıra səlahiyyətlərinin hökumət və parlamentə verilməsindən gedir.
AzadlıqRadiosunun Qazaxıstan xidməti-nin məlumatına görə, prezident Nursultan Nazarbayev artıq sənədi Konstitusiya Şurasına göndərib.
Sənəddə xüsusilə dövlət proqramları və vahid maliyyə sisteminin təsdiqi, habelə dövlət büdcəsindən maliyyələşdirilən orqanlara maaş verilməsində hökumətə hüquq verilir.
Bundan başqa qanun layihəsi hökumətin formalaşdırılmasında parlamentin aşağı palatası “Məclis”in rolunu artırır, həmçinin nazirələr kabinetinin işinə nəzarət edilməsində parlamentə böyük imkan verir.
Həmçinin nazir vəzifələrinə namizədləri prezidentə baş nazir təqdim edəcək.
Amma xarici işlər, müdafiə və daxili işlər nazirlərini çıxmaq şərtilə, bunu prezidentin özü təyin edəcək.
Bundan başqə sənəddə hökumətin prezident və parlament qarşısında hesabat verməsi nəzərdə tutulur.
İndiki Qazaxıstan konstitusiyasına görə, bütün hökumət üzvlərini prezidentin özü təyin edir.
Qazaxıstanın birinci prezidentinin statusu isə ayrıca maaddədə yer alır.
76 yaşlı Nursultan Nazarbayev ölkəni 1990-cı ilin aprelindən idarə edir.2010-cu ildə ona rəsmi olaraq “Xalqın lideri” titulu verilib və bu status dəyişməzdir.
Nazarbayev ötən ilin dekabrında xüsusi komissiyaya bu cür düzəlişlər edilməsini tapşırmış, amma qeyd etmişdi ki, ölkə prezident üsul-idarəsində qalacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun