"Qalatasaray" klubu Sabri Sarıoğlu ilə yollarını ayıracaq

"Qalatasaray" klubu Sabri Sarıoğlu ilə yollarını ayıracaq
14 Mart 2017
Mətni dəyiş
Türkiyə "Qalatasaray"ının futbolçusu Sabri Sarıoğlu mövsümün sonunda komandadan göndəriləcək.
"Report" xəbər verir ki, bu barədə baş məşqçi İqor Tudorun raportuna əsasən, klub rəhbərliyi qərar verib.
Komandada ciddi dəyişikliklər etməyi düşünən rəhbərlik bəzi futbolçularla yollarını ayırmağı planlaşdırır. Dəyişiklik yaşı 30-u keçmiş oyunçulardan başlanacaq. Xorvatiyalı mütəxəssisin siyahısında ilk sırada Sarıoğlu yer alıb.
Qeyd edək ki, Sabri Sarıoğlu 2003-cü ildən geyinməyə başladığı "Qalatasaray" forması ilə 14 il ərzində 6 çempionluq, 4 kubok və 5 Superkubok qazanıb. Cinah oyunçusu İqor Tudorun baş məşqçi postuna gəlişindən sonra ehtiyatda qalıb. O, Türkiyə Super Liqasında 350-ci oyununa XXIV turda "Gənclərbirliyi"ni 3:2 hesabı ilə yendikləri görüşdə çıxıb. Sabri "sarı-qırmızılar"ın heyətində 450-ci oyununu isə hələ VI turda "Antalyaspor"a qarşı keçirib. Təcrübəli futbolçu yığmanın heyətində 2003-cü ildə debüt edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun