Qəza törədən sürücü bir ildə 24 dəfə qaydaları pozubmuş

Qəza törədən sürücü bir ildə 24 dəfə qaydaları pozubmuş
11 Mart 2017
Mətni dəyiş
Bakı-Sumqayıt yolunda ağır yol qəzasının dərsləri. Dövlət yol polisi şəxsi avtomobillərin sürücülərinə qarşı göstərdiyi barışmazlığı sərnişin daşıyanlara niyə tətbiq etmir? Ya edə bilmir?
Martın 9-dakı qəzada 5 nəfər öldü, 20-dən çox şəxs xəsarət alıb. Mikroavtobusda 28 nəfər şəxs olub. Ölənlər isə tələbələr idi. Onlar dərsə gedirdi.
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov AzadlıqRadiosuna deyir ki, əslində qanunvericilikdə bu məsələlərin bütün incəlikləri ilə bağlı bütün müddəalar mövcuddur. Hüquqşünas deyir ki, problem qanunda nəzərdə tutulanların tətbiqindədir.
[caption id="attachment_27736" align="alignnone" width="1050"] Hüquqşunas Ərşad Hüseynov[/caption]
Ərşad Hüseynov deyir ki, bütün olanları hər kəs bilir, ancaq heç kim görmür. Onun sözlərinə görə qanunu pozanların arxasında dayananları araşdıranda arxasında xeyli nüfuzlu şəxslərin durduğunu görmək mümkündür. Ekspert deyir ki, bütün bu qanunsuzluqlar sonda faciə ilə nəticələnə bilər. Ərşad Hüseynov bildirir ki, qanunda olanlar prinsipial olaraq tətbiq olunsa bu kimi hadisələr baş verməz.
Nəqliyyat məsələləri üzrə ekspert Məzahir Rüstəmov deyir ki, bu baş verən hadisələr təsadüfi deyil. O deyir ki, bu cür marşrut avtobuslar stabil olaraq işləyir və kimlərinsə kurasiyasında olur.
[caption id="attachment_27737" align="alignnone" width="1200"] Ekspert Məzahir Rüstəmov[/caption]
Ekspert bunu keçmiş Nəqliyyat nazirliyinin tör-töküntuləri adlandırır. Onun sözlərinə görə yeni yaradılmış nazirliyin qarşısında çox böyük işlər durur ki, bu kimi xoşagəlməz və qanunsuz halları aradan qaldırsın.
Məzahir Rüstəmov deyir ki, bu vaxta qədər bu kimi qanunsuz halları aidiyyatı qurumların hamısı bilib və göz yumub. Onun sözlərinə görə cavabdeh şəxslər ciddi cəzalandırılmalıdır.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevdeyir ki, bütün bunların səbəbi sürücülərin məsuliyyətsizliyi və sərnişindaşımada olan mövcud problemlərdir. Kamran Əliyev deyir ki, bu problemlər kompleks şəklində həll edilməlidir.
Yol polisinin rəsmisi onu da deyir ki, həmin hadisəni törədən sürücü bir il ərzində 24 dəfə qaydaları pozmasına baxmayaraq yenə də sərnişindaşımanı davam etdirib. Kamran Əliyev deyir ki, yol polisi onun bu sahədə fəaliyyətinə qadağa qoymaq səlahiyyətində deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun