Novruz Məmmədov “Şərəf” ordeni ilə təltif olunub

Prezident İlham Əliyev Novruz Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Novruz İsmayıl oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilsin.