"Niva" və bir neçə rus avtomobilinin yaradıcısı ölüb

"Niva" və bir neçə rus avtomobilinin yaradıcısı ölüb
20 Mart 2017
Mətni dəyiş
Rusiyanın məşhur “Niva” markalı avtomobilinin yaradıcısı Petr Prusov ölüb. TASS agentliyinin məlumatına görə, P. Prusov 76 yaşında vəfat edib.
P.Prusov 1972-ci ildə  “Niva” layihəsinin rəhbəri təyin edilib. “Niva”-nın ilk kütləvi istehsalına 5 aprel 1977-ci ildə başlanılıb. “Niva” dünyanın 110 ölkəsində satılıb, bir zaman avtomobilin 70 faizi ixrac edilib.
P.Prusov 1998-ci ildən 2003-cü ilə, yəni pensiyaya çıxana qədər “AvtoVAZa” avtokonserninin baş mühəndisi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun