Neft gəlirləri kəskin azalmayınca hakimiyyət islahatlara getməyəcək

Qubad İbadoğlu
Mən bir neçə səbəbə görə neftin qiymətinin bundan da ucuz olmasının tərəfdarıyam, deyə  İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib.
Onun fikrincə, bu, onunla bağlıdır ki, neft ixracatından dövlət gəlirlərinin azalması islahatlar üçün imkan yarada bilər. Neft gəlirləri kəskin azalmayınca hökumət iqtisadi və siyasi islahatlara getməyəcək.
“Neftin hətta indiki qiyməti onun gəliirliyini təmin edəcək səviyyədədir. Normadan yuxarı mənfəət isə həmişə korporativ maraqların dövlət maraqlarından da irəli keçməsinə əsaslar yaradır”, deyə o bildirib.
İqtisadçı qeyd edib ki, neft nə qədər baha olsa bir o qədər də tez istismar olunur, gələcək nəsillərin payından da istifadə edilir.
Q.İbadoğlu qeyd edib ki, Azərbaycan hakimiyyəti 2001-2017-ci illərdə neft və qaz satışından 130 milyard dollardan çox gəlir əldə edib, hazırda onun 30 milyard dolları ehtiyat şəklində saxlanılır, 100 milyard dollara qədəri isə son 15 ildə xərclənib.
“Bu o deməkdir ki, hər il ardıcıl olaraq 7 milyard dollar neft gəliri məsrəf olunub. Əgər orta hesabla 7 milyard dollar deyil, sabit qiymətlər ardıcıl olaraq ildə 5 milyard dollar xərclənsə idi, hazırda neft gəlirlərinin 58 faizi xərclənərdi. Bu halda isə Dövlət Neft Fondunun sərəncamında qalan neft gəlirlərinin idarə olunmasından daha çox qazana bilərdi”.
Onun fikrincə, belə olsaydı cari ilin xərcləmələri 7 ildən sonra həyata keçirilməliydi. “Deməli, Azərbaycan hakimiyyəti nəinki gələcək nəsilləri borc salır, hətta onların 2023-cü ildə xərcləməli olduğu vəsaiti indidən xərcləyib”, deyə o qeyd edib.
MƏNBƏTuran İA
Əvvəlki məqaləMayın 31-də Bakıda beynəlxalq neft-qaz sərgisi başlayır
Növbəti məqalədəRusiya DİN-in idarə rəisi öldürülüb