Londonda terror aktından sonra aldığı yaralardan 75 yaşı kişi dünyasını dəyişib. Bununla birlikdə hadisədəndən sonra ölənlərin sayı beşə çatıb.
Bu barədə Reuters məlumat verir.
Daha əvvəl terroristin iki dəfə cinayət məsuliyyətinə cəlb olunmuş Xalid Məsud olduğu məlum olmuşdu.
Baş nazir Theresa May-ın bildirdiyinə görə, Britaniya xüsusi xidmət orqanları onu bir müddət izləsə də sonradan onun zərərsiz hesab edərək izləmələri dayandırıblar.
Qeyd edək ki, martın 22-də terorçu Parlament binası yaxınlığında avtomobillə adamları vurduqdan sonra polisə ölümcül bıçaq xəsarətləri yetirmişdir. Özünü İslam Dövləti adlandıran hücumu “İslam Dövlətinin əsgəri” həyata keçirdiyini  iddia etmişdir.
Hadisə ilə bağlı Britaniya polisi 8 nəfəri şübhəli bilərək həbs edib.