Liviya sahillərində miqrant gəmilərinin batması nəticəsində 250 nəfər ölüb

Liviya sahillərində miqrant gəmilərinin batması nəticəsində 250 nəfər ölüb
24 Mart 2017
Mətni dəyiş
Aralıq dənizində, Liviya sahilləri yaxınlığında içində 250 miqrantın olduğu gəmi batıb.
"Report" "France Presse"yə istinadən xəbər verir ki, miqrantların həlak olduğu ehtimal edilir.
Xəbərdə bildirilir ki, xilasedicilər Liviya sahillərindən 24 kilometr məsafədə batmış rezin qayıqları aşkar ediblər. Hələlik sudan 5 cəsəd çıxarılıb.
"ЕС Frontex" agentliyinin məlumatına görə, 2016-cı ildə İtaliyaya mərkəzi-Aralıq dənizi marşrutu ilə 180 mindən çox adam gəlib. Onlar əsasən Afrika vətəndaşları – nigeriyalılar, habelə Eritreya, Qvineya, Qambiya, Kot-d İvuar sakinləridir.
Ötən il həlak olan və xəsarət alan miqrantların sayı 5 mindən çoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun