KXDR daha bir nüvə sınağını həyata keçirəcək

KXDR daha bir nüvə sınağını həyata keçirəcək
24 Mart 2017
Mətni dəyiş
Koreya Xalq Demokratik Respublikası (KXDR) yaxın günlərdə daha bir nüvə sınağını keçirmək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə "Fox News" ABŞ-ın adının çəkilməsini istəməyən məmurlarından birinə istinadən xəbər verib.
"Sınaq bu ayın sonlarında keçirilə bilər" – deyə mənbə bildirib.
Xəbərdə həmçinin qeyd edilir ki, ABŞ-ın Müdafiə Nazirliyinin təmsilçiləri KXDR-in nüvə sınağı meydançasına – Punqeriyə aparan yeni tuneli müəyyənləşdiriblər. Lakin buna baxmayaraq KXDR hakimiyyəti ora zəruri avadanlığı yerləşdirməyib.
Qeyd edək ki, bir qədər əvvəl KXDR-in uğursuz ballistik raket sınağı keçirdiyi məlum olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun