Konqres kəşfiyyatdan seçkilərə müdaxiləyə dair əlavə məlumat istəyir

Konqres kəşfiyyatdan seçkilərə müdaxiləyə dair əlavə məlumat istəyir
25 Mart 2017
Mətni dəyiş
Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi üzərində təhqiqat aparan Konqres komitəsi Federal Təhqiqatlar Bürosu (FBI) və Milli Təhlükəsizlik Agentliyi (NSA) rəhbərlərindən məsələ ilə bağlı yenidən ifadə verməyi xahiş edib.
Respublikaçı konqresmen Devin Nunes müxbirlərə bildirib ki, FBI direktoru Ceyms Komi və NSA rəhbəri Maykl Rocers çərşənbə axşamı qapalı dinləmədə yenidən ifadə verəcəklər.
Qapalı dinləməyə vaxt ayırmaq üçün Nunes əvvəllər planlaşdırılmış Obama administrasiyası dönəmindəki Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) sabiq rəhbəri ilə dinləmənin təxirə salındığını elan edib.
Panelin aparıcı Demokrat üzvü Adam Şiff dərhal Nunesi ictimai informasiyanı boğmaqda ittiham edib.
"Biz ictimaiyyətin informasiyaya çıxışının kəsilməsini rədd edirik,” Şiff müxbirlər qarşısında deyib.
Təxirə-salınmanın siyasi motivli olmadığnı vurğulayan Nunes həmçinin xəbər verib ki, Tramp kampaniyasının sabiq meneceri Paul Manafort komitə qarşısında Rusiya hökuməti ilə əlaqələrə dair sualları cavablandırmağa hazır olduğunu deyib.
[caption id="attachment_29069" align="alignnone" width="650"] Paul Manafort, Tramp kampaniyasının sabiq meneceri[/caption]
“Əgər o, bunu ictimaiyyət qarşısında etmək istəyirsə, buyursun. Əgər o bunu qapalı şəraitdə etmək istəyirsə də, buyursun," deyə Nunes Manafortun son təklifini şərh edib.
Paul Manafort illər boyu rusiyapərəst sabiq Ukrayna prezidenti Viktor Yanukoviçə məsləhətçilik edib. Manafortun Yanukoviçlə keçmiş əlaqələri onun Kremllə mümkün təmaslarına dair suallar qaldırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun