İtaliya G7 sammiti zamanı Şengen fəaliyyətini dayandıracaq

İtaliya G7 sammiti zamanı Şengen fəaliyyətini dayandıracaq
28 Mart 2017
Mətni dəyiş
İtaliya açıq sərhədlərlə bağlı Şengen sazişini dayandıracaq və mayın 26-27-də Taorminədə keçiriləcək "Yeddilər qrupu"nun sammiti ilə əlaqədar sərhədlərdə müvəqqəti nəzarət həyata keçirəcək.
"Report" xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, sərhədlərdə nəzarət mayın 10-dan ayın sonuna qədər tətbiq ediləcək.
DİN bu müddətdə Siciliya adasının məşhur kurort şəhərinə getmək fikrindən daşınmağı tövsiyə edib. Belə ki, orada yüksək təhlükəsizlik tədbirləri olacaq və hərəkət məhdudlaşdırılacaq. O cümlədən, sahil xəttindən 50 metrdən uzağa üzmək, balıqçılara isə ümumiyyətlə, dənizə çıxmaq qadağan ediləcək. Yerli limanlarda müvəqqəti olaraq gəmilərin, o cümlədən kruiz məqsədli su nəqliyyat vasitələrinin gəlişinə qadağa qoyulacaq. Limanlardan yalnız logistik məqsədlər üçün istifadə olunacaq.
Qeyd edək ki, sammitlə əlaqədar əhalisinin sayı 11 mindən bir qədər çox olan Taorminaya 20 mindən çox nümayəndə heyətlərinin üzvü, diplomatlar, jurnalistlər və sammitdə xidmət göstərəcək təşkilatların əməkdaşlarının olacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun